17 may-V Autizm Festivalı

17 may 2025-ci il tarixində Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Autizm Assosiasiyası və Azfest Group-un təşkilatçılığı ilə Bakı şəhərində, Fəvvarələr Meydanında V Autizm Festivalı keçirildi.

Tədbirdə Hörmətli ,Milli Məclisin deputatları Azər Allahverənov , Deputat Vüqar İskəndərov
və Şahin Seyidzadə ,Aydın Mirzəzadə həmçinin Türk Dövlətləri Autizm Federasiyasının prezidenti, eyni zamanda Azərbaycan Autizm Assosiasiyasının İdarə Heyətinin sədri Elnur Məmmədli
çıxış etdilər. QHT sədrləri Zülfiyyə Nuriyeva və Axundova Ruxsara
və vətəndaş cəmiyyətinin üzvləri də tədbirdə fəal iştirak etdilər.

Festivalda mən, “İnnovativ Proqress və Sosial-İqtisadi İnkişafa Dəstək” İctimai Birliyinin sədri və “Fortuna Psixologiya və Kouçinq mərkəzin” rəhbəri kimi və “Art and Creativity Club” rəhbəri Cəmalə Naxçıvani də iştirak etdik.

Bu cür tədbirlərin təşkili cəmiyyətin autizm mövzusunda maarifləndirilməsi, autizmli fərdlərin cəmiyyətə inteqrasiyası və onların istedadlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, dövlət qurumlarının, ictimai təşkilatların və beynəlxalq qurumların bir araya gəlməsi autizmli şəxslərə göstərilən dəstəyin gücləndirilməsi və bu sahədə birgə əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm platforma yaradır.
Belə tədbirlər həm fərdi inkişafı, həm də sosial inteqrasiyanı təşviq edir və xüsusi qayğıya ehtiyacı olan şəxslərin hüquqlarının qorunmasında mühüm rol oynayır.

Festivala dəvət üçün Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədliyə təşəkkür edirik.