22 may 2025-ci il tarixində SHE konqresi keçirildi.

22 may 2025-ci il tarixində SHE konqresi keçirildi. Qlobal miqyasda qadınların iqtisadi, sosial və liderlik sahələrində iştirakını təşviq edən önəmli tədbirlərdən biri olan SHE Konqresi bu il də nüfuzlu iştirakçıların iştirakı ilə baş tutdu. Konqresdə Milli Məclisinin deputatı,Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri , professor Hicran Hüseynova ,KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov, Azpromo-nun icraçı direktoru Yusif Abdullayev çıxış etdilər.Konqresin təşkilatçısı “RED Communications” agentliyinin icraçı partnyoru, “Edutainment.az”ın həmtəsisçisi, “Azərbaycanın 100 işgüzar qadını” cəmiyyətinin rəhbəri Tatyana Mikayılova da çıxış etmişdir.

 

 

Qadınların liderlik imkanlarının gücləndirilməsi, sahibkarlıq fəaliyyətlərinin təşviqi və cəmiyyətin davamlı inkişafında onların rolunun artırılması kimi vacib mövzuların müzakirə olunduğu bu mühüm tədbirdə “İnnovativ Proqress və Ekologiya Sosial-İqtisadi İnkişafa Dəstək” İctimai Birliyi də fəal iştirak edib.


Birliyin sədri Səidə Musayeva və sədr müavini Cəmalə Naxçıvani tədbirdə iştirak edərək təşkilatın bu sahədə həyata keçirdiyi layihələr və strateji baxışları haqqında fikir mübadiləsi aparmış, qadınların iqtisadi fəallığının artırılmasına dair təkliflər qəbul etmişlər.

SHE Konqresi qadınların cəmiyyətdə aktiv rol almasına yönəlmiş geniş platformadır və burada əldə olunan biliklər, qurulan əməkdaşlıqlar ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verəcək strateji təşəbbüslərə çevrilə bilər.

İctimai Birliyimiz bu kimi tədbirləri dəstəkləyir və qadınların səmərəli iştirakı ilə daha güclü və inklüziv bir cəmiyyətin qurulmasını əsas hədəflərindən biri olaraq görür.