Azərbaycanda Kistik Fibroz Günü

2025-ci il martın 12-də Yeni Klinikada “Kistik Fibroz Xəstələrinə Yardım” İctimai birliyinin
konfransı keçirilmişdir.
Bu konfransda “İnnovativ Progress və Ekologiya Sosial- İqtisadi İnkişafa Dəstək” İctimai
Birliyinin sədri Səidə Musayeva, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və “Kistik
Fibroz Xəstələrinə Yardım” ictimai birliyinin təşkilatçılığı ilə keçirilən 12 mart –
“Azərbaycanda Kistik Fibroz Günü” mövzusunda konfransda iştirak etmiş, Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunmuş
tədbirdə 3 Davamlı Tibbi Təhsil (3DTT) kredit vahidi almışdır.
Konfransda Millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva, Yeni
Klinikanın direktoru Barat Yusubov, TƏBİB Təlim və tədqiqatlar departamentinin rəhbəri
Teymur Mirzəbəyli, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr
şöbəsinin müdiri Leyla Lətifova, Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri
Ramiq Quliyev, ÜST nümayəndəsi Elturan İsmayılov, Səhiyyə Nazirliyinin ekspert pediatrı
Erkin Rəhimov, KİFYİB- in sədri Səadət Bayramova, Endokrinoloq Azad Əkbərzadə,
Pulmonoloq Çağla Xurşud Hüseynova, Uşaq qastroenteroloqu Anar Tağıyev iştirak etmişdir.
12 mart – “Azərbaycanda Kistik Fibroz Günü” mövzusunda keçirilən bu konfrans çox
produktiv olmaqla yanaşı, tibbi sahədə bilik və təcrübə mübadiləsinə geniş imkan
yaratmışdır.
Konfrans çərçivəsində bu nadir xəstəlik haqqında məlumatlılığın artırılması və bu
istiqamətdə sosial layihələrin icrası da xüsusi vurğulanıb. İştirakçılar belə təşəbbüslərin
davamlı olaraq həyata keçirilməsinin vacibliyini qeyd ediblər.