COP29

Bu gün (11.11.2024) Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) işinə başlayır. Bu mühüm tədbirdə “İnnovativ Proqress və Ekologiya və Sosial-İqtisadi İnkişafa Dəstək” İctimai Birliyinin sədri Səidə Musayeva və sədr müavini Cəmalə Naxçıvani də iştirak edib.

COP29-un Azərbaycanda keçirilməsi, iqlim dəyişikliyi ilə bağlı həll yollarını sürətləndirmək, yerli və qlobal ekoloji problemlərə diqqət çəkmək və gələcək nəsillər üçün yaşana biləcək bir dünya yaratmaq yolunda mühüm bir addım olacaqdır. Konfrans, ekosistemin qorunması, karbon emissiyalarının azaldılması və yaşıl iqtisadiyyatın inkişafı kimi prioritet mövzuları əhatə edir və ölkələr arasında ortaq həll yolları axtarmağa imkan yaradır. Sözügedən tədbirdə ADA Univetsitetin prorektoru, Azərbaycan Respublikanın Milli Məclisin Deputatı Fariz İsmayılov, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli, “EkoSfera” Sosial – Ekoloji Mərkəz İctimai Birliyinin rəhbəri Firuzə Sultan-zadə çıxış ediblər, öz tövsiyələrini və proqramlarını təqdim ediblər. Tədbirdən sonra iştirakçılar təşkilatlr arasında əməkdaşlıq imkanları və ortaq layihələrin hazırlanması mövzusunda da müzakirələr aparıblar.

Onu da qeyd edək ki, sözügedən tədbir 22 noyabr 2024-cü il tarixinə kimi Bakı Stadionunda davam edəcəkdir.