Eldar Əhədovun “Türk Toponimləri” kitabının təqdimat mərasimi

25 aprel 2025-ci il tarixində  şairə, yazıçı, dilçi , pedaqoq,həmçinin “İnnovativ Progress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədri kimi Səidə Musayeva ,Eldar Əhədovun “Türk Toponimləri” kitabının təqdimat mərasimində iştirak etmişdir.

Tədbir zərif intizama malik məkanda,paytaxtın görkəmli mədəniyyət ocaqlarından birində-Yazıçılar İttifaqının zalında təşkil olunmuş,qonaqlar yüksək səviyyəli qonaqpərvərliklə qarşılanmışdır.
Eldar Əhədov şair-publisist, geoloq-alim kimi həm elmi araşdırmaları, həm də ədəbi yaradıcılığı ilə seçilən nadir istedaddır. Krasnoyarsk şəhərində yaşayan alim Azərbaycan torpağına bağlılığını ürək sözləri və düşünülmüş məqalələri, şeirləri ilə ifadə edir. Onun bir çox beynəlxalq və yerli
mükafatlara, orden və diplomlara layiq görülməsi həm elmi,həm də ədəbi aləmdəki nüfuzunun əyani sübutudur.

Təqdimat mərasimi dəyirmi masa formatında keçmiş,ölkəmizin tanınmış ziyalıları, alim və yazıçılar tarixi keçmişimizin izlərinə səyahət etmiş, türk toponimlərinin coğrafi-dilçilik aspektləri,
milli-mədəni irsimizdəki rolu barədə dərin müzakirələr aparmışlar.

Millət vəkili Fazil Mustafa,görkəmli oftalmoloq və yazıçı Paşa Qəlbinur,“Luç” ədəbi-yaradıcılıq Assosiyasiyanın sədri Tofiq Məlikli ,“El” jurnalının baş redaktoru Südabə Servi və başqa ziyalılarımız tədbirdə çıxış etmişdirlər.