About Us

İnnovativ Proqress və Ekologiya Sosial‑İqtisadi İnkişafa Dəstək” İctimai Birliyi, 2017-ci ildən fəaliyyət göstərir.

İctimai Birlik olaraq, sosial-iqtisadi inkişafın təməlində insan potensialının, yerli təşəbbüslərin və dayanıqlı resursların dayandığına inanırıq. Fəaliyyətimiz ölkədə xüsusilə də bölgələrdə iqtisadi fəallığın artırılması, vətəndaşların əsasəndə gənclərin bilik və bacarıqlarının gücləndirilməsi, icmaların sosial ehtiyaclarına cavab verən layihələrin reallaşdırılması üzərində qurulub. Eyni zamanda, Azərbaycanın 2025-ci ildə ev sahibliyi etdiyi COP29 tədbirində müzakirə olunan ekoloji məsələlər, aktual problemlər və onların həlli istiqamətində davamlı fəaliyyət göztərməkdə proqramımıza daxildir və ölkə vətəndaşları arasında ekoloji maarifləndirmə və ekoloji balansı qorumaq üçün tədbirlər təşkil etmək əsas fəaliyyət istiqamətlərimizndən biridir.

Ekoloji şüurun artırılması, və sosial inklüzivliyin gücləndirilməsi üçün maarifləndirici kampaniyalar təşkil edərək, davamlı inkişaf modelinin ölkəmizdə bərqərar olmasına töhfə verməyi hədəfləyirik. İnkişafı yalnız iqtisadi göstəricilərlə deyil, həm də sosial bərabərlik, inklüziv iştirak və ətraf mühitə hörmət prizmasından qiymətləndirir, bu yanaşmanı yaymaq üçün davamlı fəaliyyət göstəririk.

Məqsədimiz – hər kəs üçün fürsətlərin bərabər olduğu, resursların səmərəli istifadə edildiyi və gələcəyə yönəlik düşünən bir cəmiyyətin qurulmasına töhfə verməkdir.

Biz inanırıq ki, hər kiçik addım böyük dəyişikliklərə yol açır və ortaq səylə Azərbaycanı daha güclü, daha yaşıl və daha dinamik bir gələcəyə daşıya bilərik.