26-27 may İslamofobiyaya həsr olunmuş beynəlxalq elmi konfrans

İslamofobiyaya həsr olunmuş beynəlxalq elmi konfransda 100-dən çox xarici qonaq iştirak etmişdi.
Mayın 26–27-də keçirilmiş “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq elmi konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə baş tutmuşdu. Tədbir Beynəlxalq İslamofobiya ilə Mübarizə Gününün üçüncü ildönümünə həsr olunmuşdu.
Konfransın keçirilməsində əsas məqsəd beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaların müzakirəsi üçün akademik platforma yaratmaq olmuşdu.


