Pan-Afrika İqlim Ədaləti Alyansı (PACJA)

2024-cü il noyabrın 9-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Formu və Pan-Afrika İqlim Ədaləti Alyansı (PACJA) ilə birgə QHT-lər üçün “COP29- la bağlı beynəlxalq təşəbbüslərdən biri olan “İqlim ədaləti uğrunda beynəlxalq həmrəyliyin gücləndirilməsi” adlı layihənin tədbiri təşkil olunmuşdur.

Konfrans çərçivəsində “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədri Səidə Musayeva birliyin fəal üzvlərinin əl işlərindən ibarət rəsm sərgisini təşkil etmişdir. Sərgidə nümayiş olunan rəsmlər tədbir iştirakçılarının böyük marağına səbəb olmuş və yüksək dəyərləndirilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Allahverənov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli və müxtəlif QHT rəhbərləri iştirak etmişlər.

Konfrans zamanı COP29-dan sonrakı dövrdə beynəlxalq və yerli qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq, birgə layihələrin hazırlanması və qarşılıqlı dəstək imkanları da geniş şəkildə müzakirə olunmuşdur.