Piylənmə, artıq bədən çəkisi, qeyri-sağlam qidalanmaya qarşı maarifləndirmə” adlı tədbirdə

“İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədri Səidə Musayeva 2024-cü ilin 5 oktyabr tarixində Azərbaycan Milli QHT Forumu tərəfindən təşkil olunan “Piylənmə, artıq bədən çəkisi, qeyri-sağlam qidalanmaya qarşı maarifləndirmə” adlı tədbirdə iştirak edib.

Tədbirdə Laparoskopik bariatrik-metabolik cərrah, ümumi cərrah, Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının Sədri, tanınmış alim və praktik mütəxəssis Tariel Omarov da çıxış edərək bu sahədəki elmi yeniliklərdən, uğurlu təcrübələrdən, eləcə də piylənmənin və qeyri-sağlam qidalanmanın insan sağlamlığına təsirindən danışıb. Onun çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb və maarifləndirici xarakter daşıyıb.

Xüsusilə gənc nəsildə sağlam qidalanma mədəniyyətinin formalaşdırılmasının, sosial maarifləndirmə tədbirlərinin artırılmasının və bu sahədə QHT-lərin üzərinə düşən vəzifələrin mühüm olduğu qeyd edilib

Tədbir yalnız elmi biliklərin paylaşılması ilə deyil, həm də vətəndaş cəmiyyətinin nümayəndələri, QHT rəhbərləri və sahə üzrə mütəxəssislər arasında faydalı əlaqələrin qurulması baxımından uğurlu bir təşəbbüs oldu.

Çox qürurvericidir ki, Azərbaycanın belə peşəkar tibb sahəsində imzasını atmış həkimləri və elm adamları var.