31 Mart Azərbaycanlıların Soyqırımı Günü
31 mart 2025-ci il tarixində, “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədri Səidə Musayeva, Azərbaycan Milli QHT Forumu və Quba Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən “31 Mart Azərbaycanlıların
Soyqırımı Günü”nün anılması tədbirinə qatılıb. Tədbir çərçivəsində Milli QHT Forumun sədri Ramil İskəndərli başda olmaqla, Səidə Musayeva və tədbir iştirakçıları, Quba Soyqırımı Memorial Kompleksinə səfər edib, orada komplekslə tanışlıq və müzakirə aparılıb.Quba Soyqırımı Memorial Kompleksinin direktor müavini MehribanƏliyeva, tədbirin əvvəlində qonaqları qarşıladı. O,ziyarətçilərə kompleksin yaranma məqsədi, tarixi və əhəmiyyəti barədə geniş və detallı məlumat təqdim etdi.
Tarixi arxa planda 1918-ci ilin mart-aprel aylarında,erməni- bolşevik silahlı dəstələri tərəfindən Bakı, Şamaxı,Quba, Qarabağ, Lənkəran və digər bölgələrdə minlərlə dinc insan yalnız etnik mənsubiyyətinə görə qətlə yetirilib. Bu dəhşətli hadisələr Azərbaycan xalqına qarşı törədilmiş
soyqırım kimi tarixə düşərək, hər il 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi anılır və xalqımızın yaddaşında silinməz iz buraxıb.Xüsusilə, 1918-ci ilin aprel-may aylarında Quba bölgəsində baş verən qırğınlarda, Quba qəzasına daxil olan kəndlər erməni daşnak birləşmələri tərəfindən viran qoyulub;minlərlə azərbaycanlı və digər etnik qruplar amansızlıqla öldürülüblər. 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı kütləvi məzarlığın aşkar edilməsi ilə başlayan arxeoloji tədqiqatlar, burada yüzlərlə insanın – qadınlar,uşaqlar və yaşlıların – dəhşətli işgəncələrlə qətləyetirildiyini sübüt edib.
Quba Soyqırımı Memorial Kompleksi 2013-cü ildə istifadəyə verilib və bu faciənin xatirəsini əbədiləşdirmək məqsədini daşıyır. Kompleksin ekspozisiyasında arxivsənədləri, fotolar, şahid ifadələri və tarixi faktlar təqdim olunaraq, həmçinin Quba kütləvi məzarlığından tapılan
qalıqlar saxlanılır. Ziyarətçilər burada 1918-ci ilin dəhşətli hadisələri barədə geniş məlumat əldə edirlər.