SHE Konqresi
Mayın 22-si 2024-cü il tarixində keçirilən SHE Konqresində “İnnovativ Progress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədri Səidə Musayeva və sədr müavini Cəmalə Naxçıvani iştirak etdilər.
SHE Konqresindən bir müddət keçməsinə baxmayaraq, həmin günün yaratdığı coşqu, ruh və ilham hələ də tədbir iştirakçılarının qəlbində yaşayır. Konqresdə millət vəkili, Hörmətli Hicran Hüseynova, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitə sədr müavini Sədaqət Qəhrəmanova, KOBİA-nın sədri Orxan Məmmədov, SHE layihəsinin dəyərli təsisçisi Tatyana Mikayılova iştirak etdilər.
Konqresdəki çıxışların iştirakçılara güc, enerji və inam bəxş etdiyi hər an hiss olunurdu. Onlar insanı öz məqsədlərinə doğru inamla və cəsarətlə addımlamağa ruhlandırırdı. Belə tədbirlərdə iştirak edən hər bir şəxs bir daha anlayır ki, cəmiyyətin bu cür forum və konfranslara böyük ehtiyacı var. Təhsil, təcrübə mübadiləsi, motivasiya və şəbəkələşmə kimi dörd əsas güc bir araya gələndə, həqiqi dəyişikliklər başlayır.
Spikerlərin dilindən səslənən bəzi fikirlər tədbir iştirakçılarının yaddaşında dərin iz buraxıb:
- “İndinin gücü – keçmiş geridə qaldı, gələcək hələ gəlib çıxmayıb. Gücümüz bu gündədir!”
- “Hər ümid cəsarət verir – ümid varsa, qorxu Ümid bizə qanad verir!”
- “Hər qadına maliyyə azadlığı lazımdır – azadlıq gücdür və bu güc qadının öz ayaqları üzərində durmasına imkan yaradır.”
- “İqtisadi cəhətdən güclü qadının hüququ pozulmur – çünki güc olan yerdə hörmət, dayaq, dəyər var!”
- “Lider olmağa nəticə kömək edir – hər bir nailiyyət, hər bir addım səni liderliyə bir addım yaxınlaşdırır.”
- “Sən heç kimdən əskik deyilsən, sən bacaracaqsan! çünki bacarmaq inamla başlayır!”
Bu dəyərli fikirlər cəmiyyətin inkişafı üçün əvəzsizdir. Onlar hər bir qadının daxilindəki potensialı oyadır, onu dəyişməyə, yaratmağa, lider olmağa təşviq edir.
Unutmayaq:
- Sevdiklərinizin yanında olun!
- Bir-birinizə qarşı mehriban və anlayışlı olun!
- Bir-birinizi dəstəkləyin!
- Qadın və kişi, gənc və yaşlı – hər birimiz öz sahəmizdə lider ola bilərik!
Çünki birlikdə dəyişəcəyik, birlikdə yüksələcəyik!