Üzvlük vəsiqəsinin təqdimi

Azərbaycan Müstəqil QHT-lər Forumu (AMQF) ofisində 2017-ci ildən fəaliyyət göstərən “İnnovativ Proqress və Ekologiya Sosial-İqtisadi İnkişafa Dəstək” İctimai Birliyinin sədri Musayeva Səidə Seyidağa qızına üzvlük vəsiqəsi təqdim olundu.Üzvlük prosesinin rəsmi yekunlaşması, birliyimiz həm yerli, həm də beynəlxalq səviyyədə daha geniş əməkdaşlıqlara qoşulmaq üçün güclü stimula yiyələnməsinə səbəb oldu.

Bu rəsmi status birliyə sosio-iqtisadi inkişafın təməlində insan potensialı, yerli təşəbbüslər və ekoloji maarifləndirmə kampaniyaları keçirmək, bütün yaş kateqoriyalarından vətəndaşlar, sahibkarlar üçün innovasiya, startap idarəçiliyi və sosial sahibkarlıq üzrə təlim-mentorluq proqramları təşkil etmək,qayğıya ehtiyacı olan uşaqlar, əlilliyi olan şəxslər və aztəminatlı ailələr üçün psixososial dəstək və sosial inkluziya layihələri reallaşdırmaq, COP29 çərçivəsində müzakirə olunan ekoloji problemlərin həllinə dair tədbirlər planını proqramımıza daxil etmək və bölgələrdə davamlı inkişaf modelini bərqərar etməklə yanaşı, QHT-lərlə konsorsiumlar qurmaq, mövcud imkanları genişləndirmək və xarici ekspertlərlə təcrübə mübadiləsi aparmaq üçün əlavə stimul verir. Məqsədimiz hər kəs üçün fürsətlərin bərabər olduğu, resursların səmərəli istifadə edildiyi, sosial bərabərlik və inklüziv iştirak prizmasından qiymətləndirilən və ekoloji balansı qoruyan bir cəmiyyətin formalaşmasına töhfə verməkdir.