“Yaşıl iqtisadiyyatda – Yaşıl enerji” mövzusunda keçirilən Sahibkarlar Forumu

“İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədri Səidə Musayeva, sədr müavini Cəmalə Naxçıvani və təşkilatın fəal üzvləri 20 iyun 2025-ci il tarixində Abşeron rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Abşeron Rayon İcra Hakimiyyəti və “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyatda – Yaşıl enerji” mövzusunda keçirilən Sahibkarlar Forumunda iştirak etdilər. Forum dayanıqlı inkişaf, ekoloji məsuliyyət və yaşıl gələcək mövzularında fikir və təcrübə mübadiləsi üçün önəmli platforma rolunu oynadı.




Tədbir çərçivəsində iki əsas panel müzakirəsi keçirildi:
1-ci panel müzakirə mövzusu: “COP29-dan sonrakı dövrdə sahibkarların yaşıl iqtisadiyyata keçidi üçün dövlət dəstəyi və əlverişli şəraitin yaradılması” oldu.
Moderator: “Konstitusiya Araşdırmaları Fondu”nun sədri Əliməmməd Nuriyev
Spikerlər:
Esmira Lətifova – Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, Assosiasiyalar və Kooperativlərlə İş şöbəsinin aparıcı məsləhətçisi
Zaur İbrahimov – QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının və MQF-nin İdarə Heyətinin üzvü
Səkinə Babayeva – Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri
2-ci panel müzakirə mövzusu: “Biznes və yaşıl enerji: yeni biznes modelləri, investisiya və innovasiyalar”
Moderator: İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, iqtisad elmləri doktoru, professor Elşad Məmmədov
Spikerlər:
Rena Qafarova – “KARVAN-L” MMC-nin direktoru (CEO), “Afrika-Azərbaycan Cooperation” beynəlxalq təşkilatının sədri
Aslan Əzimzadə – İqtisadçı, Çin İqtisadçılar Cəmiyyətinin üzvü, ƏƏSMN yanında İctimai Şura üzvü
Lamiya Xəlilova – WILAT təşkilatının Azərbaycan üzrə əlaqələndiricisi, THE Training Hub Azerbaijan MMC-nin təsisçisi, AZTUGEM


Forum çərçivəsində Abşeron rayonunun simvolu olan zeytun budaqlarının əks olunduğu suvenirlər, mövzunu əhatə edən kitabça və ekoloji çantalar iştirakçılara təqdim edildi.Bu əhəmiyyətli tədbirdə “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyi fəal iştirak etdi. Birliyin sədri Səidə Musayeva, sədr müavini Cəmalə Naxçıvani və təşkilatın fəal üzvləri forumda iştirak edərək yaşıl enerji mənbələrinin təşviqi, kənd təsərrüfatında ekoloji innovasiyalar və bərpa olunan enerji imkanları barədə təqdimat və çıxışları dinlədilər, müzakirələrə qoşuldular və yeni tərəfdaşlıqlar üçün səmərəli görüşlər keçirdilər.
Birliyin bu forumda iştirakı təşkilatın əsas missiyası olan ekologiyanın qorunması, yaşıl iqtisadiyyatın təşviqi və ictimai şüurun artırılması istiqamətində fəaliyyətinin davamı kimi qiymətləndirilir. Forum həm də yeni ideyaların formalaşması və qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından önəmli platforma oldu.